big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Bu, gülməli iddiadır” – baş katib

22.11.2019 , 20:15

“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan – adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”.

Korner.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Azərbaycan radiosu və “İdman” kanalının müştərək yayımı “Extra Time” proqramında qonaq olan Məmmədov qeyd edib ki, AFFA rəhbərliyi milli komandaların uğur qazanması üçün hər bir şərait yaradır:

“AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdirəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik”.

O bildirib ki, AFFA-nın fəaliyyətinin fəaliyyəti bəzi insanlara mane olur:

“Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərisə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

Elxan Məmmədov vurğulayıb ki, millidəki hər bir məşqçi heyətə ən yaxşı futbolçuları dəvət edir:

“Meydançada futbolçular oynayır, onlar da klublardan gəlirlər. Hər bir baş məşqçi ən yaxşıları seçir. Baş məşqçi seçimini subyektiv deyil, obyektiv təhlil aparıb, seçir. Həmin məşqçini isə AFFA İcraiyyə Komitəsi təyin edir. 2008-ci ildə Berti Foqts dəvət olundu. 9 xal qazandı, tənqid olunurdu ki, 9 xal azdı.  Prosineçki 10 xal qazandı, yenə də tənqid olundu. Millətlər Liqası öncəsi hər birimiz böyük məmnuniyyətlə millini Qurban Qurbanova tapşırdıq. Qurbanov Azərbaycanda ən uğurlu məşqçidi. Düşündük ki, millidə də nəticə qazanacaq. Təbii ki, eyni zamanda, həm millini, həm də “Qarabağ”ı çalışdırmaq çətin idi. Məqsəd Millət Liqasında qalib olmaq idi. Təəssüf ki, bu, alınmadı və yenidən tənqidlər başladı”.

Son yazılar

To Top