Topaz Premyer Liqasının 7-ci turda keçiriləcək “Qarabağ” – “Simurq” oyununun məkanı dəyişdirilib.
Korner.az- ın məlumatına görə, klublar arasında qarşılıqlı razılaşmaya əsasən sentyabrın 29-dakı bu görüş əvvəlcədən elan olunduğu kimi, Bakıda yox, Zaqatalada baş tutacaq.
Buna Azərbaycanda təşkil olunan qızlar arasında dünya çempionatı ilə əlaqədar Bakı stadionlarında yaranan sıxlıq səbəb olub.