Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – “Neftçi” oyunu mövsümün 2-ci avtoqolu ilə əlamətdar olub.
Korner.az– ın məlumatına görə, “Sumqayıt”ın futbolçusu Xəyal Mustafayev “Neftçi” ilə oyunda öz qapısına qol vurub.
Bundan əvvəl isə “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli “İnter”lə oyunda avtoqol müəllifi olmuşdu.
Xəyal isə Azərbaycan çempionatları tarixində “Neftçi”ilə oyunda avtoqol edən 13-cü futbolçu oldu. Bakılılar indiyədək hamıdan çox – 13 dəfə rəqiblərin avtoqoluna sevinib.
