“Qarabağ” qış təlim hazırlıq prosesində keçirəcəyi yoldaşlıq oyunları üçün rəqib axtarır.
Korner.az-ın məlumatına görə, Ağdam klubu bir neçə ölkədən olan klublarla danışıqlar aparır.
Belə ki, “Qarabağ”ın Ukrayna, Makedoniya, Albaniya və Türkiyə klubları ilə qarşılaşmaq ehtimalı var. Həzırda həmin klublarla danışıqlar gedir.
Qeyd edək ki, “Qarabağ”ın artıq bir rəqibi bəllidi. Ağdamlılar yanvarın 19-da Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə qarşılaşacaq.