“Qalatasaray” klubunun prezidenti Ünal Aysal futbolçusu Didye Droqba ilə görüşüb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergün açıqlamasında deyib.
Bildirib ki, fil dişi sahilli hücumçu görüş zamanı klub prezidentinə komandada qalmaq istədiyini söyləyib.