“Qalatasaray” futbolçusunu 12 milyona satdı
16.01.2019 , 16:17

“Qalatasaray”ın müdafiəçisi Ozan Kabakı Almaniyanın “Ştutqart” klubuna satıb.
18 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 12 milyon avroya başa gəlib. “Qalatasaray”ın yetirməsi olan Ozan “Ştutqart” tarixinin ən bahalı transferidir.
