Pedro Enrike geri dönür
16.01.2019 , 15:26

“Astana”da maliyyə problemləri yarandığı üçün Pedro Enrike ayrılıq qərarı verib.
Müqavilə ilə PAOK-a məxsus olan 28 yaşlı futbolçu Yunanıstana klubuna qayıdacaq. Braziliyalı vinqer “Astana”da qalmaq istəmədiyini dilə gətirib: “Həyat yoldaşımla məsləhətləşdim. PAOK-a qayıtmaq barədə qərar qəbul etdik. Klubun vitse-prezidenti Giorgos Savvidislə əlaqə saxladım və ona dedim ki, ya mənə Braziliyada qalmağa icazə verin, ya da PAOK-a geri qaytarın. Qazaxıstanda qalmaq istəmirəm. Üç həftə sonra klub rəsmisi zəng edib məni geri qaytarmaq üçün əllərindən gələni edəcəklərini dedi. Müqaviləmin başa çatmasına altı ay qalıb. Biz Avropa Liqasında da 1/16 final mərhələsinə yüksələ bilmədik. Mart ayında isə Qazaxıstanda çempionat start götürür. Mən PAOK-a qayıdıb, komandama kömək etmək istəyirəm. Savvidislə danışıq zamanı geri dönəcəyimlə bağlı razılığa gəldik. Ümid edirəm ki, bir həftəyə hər şey həll olacaq”.
Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi. PAOK ötən yay Pedronu “Astana”ya bir illik icarəyə vermişdi. Futbolçunun adı yenidən “Qarabağ”la hallanır.
