Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı
04.05.2024 , 13:48
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunun ilk medalçıları müəyyənləşib.
Korner.az xəbər verir ki, başa çatan qrup hərəkətləri üzrə çoxnövçülük yarışında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzadan ibarət Azərbaycan millisi 71,550 xalla bürünc medal qazanıb.
Yığmamız həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.
Çoxnövçülükdə İsrail millisi çempionluq yaşayıb – 73, 550. İtaliya yığması ikinci olub – 71, 770 xal.
Qeyd edək ki, bu gün fərdi yarışlarda da qaliblər müəyyənləşəcək.