Çex karyerasını başa vurur
16.01.2019 , 16:32

İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çex karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
36 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Çex cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.
Karyerası ərzində “Sparta” (Praqa), “Çelsi” kimi klublarda forma geyinən Çex, 2015-ci ildən “Arsenal”ın şərəfini qoruyur.
