Marko Roys erası bitir
03.05.2024 , 16:12

“Borussiya”da (Dortmund) Marko Roys erası rəsmən başa çatır.
Korner.az xəbər verir ki, Almaniya nəhəngi futbolçunun komandadan ayrılacağını açıqlayıb.
“Sarı-qaralar”ın heyətində 424 matça çıxan Marko Roys 168 qol vurub, 128 məhsuldar ötürmə edib.
Roys 2012-ci ildən Dortmund təmsilçisində çıxış edir.
