Milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə oyunlar üçün heyəti açıqlayıb.
Korner.az-ın məlumatına görə, çalışdırıcı 23 futbolçuya dəvət göndərib ki, onlardan 6-sı legionerdir.
Dəvət olunan futbolçuların siyahısı aşağıdakı kimidir:
Qapıçılar: Kamran Ağayev (Boavişta, Portuqaliya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Tərlan Quliyev (İnter), Məhəmməd Mirzəbəyov (Qəbələ), Pavel Paşayev (Stal, Ukrayna).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Ruslan Abışov (İnter), Dmitri Nazarov (Aue, Almaniya), Eddi İsrafilov (Kadiz, İspaniya), Emin Mahmudov (Boavişta, Portuqaliya).
Hücümçular: Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi “İnter”), Ruslan Qurbanov (Qəbələ), Namiq Ələskərov (Qarabağ), Ramil Şeydayev (Trabzonspor, Türkiyə).
