Madrid "Real"ının forvardı Kriştiano Ronaldo Lissabonda yeni otelinin açılışında iştirak edib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı hücumçunun "Pestana CR7" brendinin mehmanxanalar şəbəkəsinə daxil olan bu otel 4 ulduzludur.
"Həyat təkcə futboldan ibarət deyil. Futbol – mənim ehtirasımdır, ancaq gələcək haqda da düşünmək lazımdır. Futbolçu karyeramın 7 ili Lissabonda keçib. Bu şəhərdə otel tikdirmək fürsətini əldən buraxa bilməzdim", – deyə Ronaldo bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Kriştiano doğulduğu Funşale şəhərində də mehmanxana inşa etdirmişdi.
