Paşayevin komandasından qələbə
31.08.2020 , 18:43
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Ukrayna təmsilçisi ölkənin digər klubu “Krivbass”la qarşılaşıb. Matç “Aleksandriya”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev ikinci hissədə meydana daxil olub.