Mövsümün əvvəlində “Vest Bromviç”ə transfer olan 34 yaşlı Nikolas Anelka karyerasına son qoymaq istəyir.
Korner.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata əsasən, hücumçu klubun son hazırlığında məşqçilər heyəti ilə danışaraq futboldan getmək istədiyini bildirib.
Xatırladaq ki, Anelka bu zamandək “Arsenal”, “Real”, “Çelsi”, “Liverpul”, PSJ, “Mançester Siti, “Liverpul”, “Yuventus”, “Fənərbaxça” kimi klublarda forma geyib.