“Neftçi”nin sabiq oyunçusu futboldan getdi
23.05.2024 , 21:37

“Neftçi”nin sabiq oyunçusu Petr Raku karyerasını başa bitirib.
Korner.az xəbər verir ki, 36 yaşlı müdafiəçi karyerası ərzində “Zimbru”, “Nörçöppinq”, “Veris”, “Şerif”, “Petrolul” kimu klublarda oynayıb.
Futbolçu son olaraq “Milsami”də çıxış edib.
Qeyd edək ki, Moldova millisinin sabiq üzvü 2019-cu ildə “Neftçi”də çıxış edib.
