Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” matçına bilet satışı davam edir.
Korner.az-ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, qarşılaşmaya 5 min bilet satılıb. Bu satışın oyun saatına kimi daha da çox olacağı bildirilir.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da baş tutacaq oyun saat 21:00-da başlayacaq.