“Mançester Yunayted” heyətini daha bir futbolçu cəlb edib.
Korner.az-ın məlumatına görə, İngiltərə klubu Belçika “Standart”ının 16 yaşlı qapıçısı Moutha Sebtauini transfer edib.
Onunla üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Sebtaui ilə “Çelsi”, “Anderlext”, “Nyukasl”ın da maraqlandığı iddia edilirdi.
