Lüksemburqda keçirilən açıq beynəlxalq karate turnirinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, 20 ölkə təmsilçilərinin qatıldığı yarışda Azərbaycan milli komandası da uğurla çıxış edib.
Yığmamızın heyətində ölkəmizi Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil edəcək idmançılar tatami üzərinə çıxıblar. Komandamız turnirdə 5 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Bunun nəticəsində yığmamız komanda hesabında 1-ci yeri tutub.
Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gəlib, qızıl medallara yiyələniblər. Ağayev həm də turnirin “Ən yaxşı texnikaya görə” mükafatına da layiq görülüb.
