“Qəbələ”nin futbolçusu Yannik Kamanan nəhayət “qol orucunu” pozub.
Korner.az-ın məlumatına görə, fransız hücumçu uzun müddətdən sonra qol vurub.
“Rəvan”la oyunda meydana start heyətində çıxıb və 26-cı dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb. Kamanan sonuncu dəfə 3-cü turda – avqustun 19-da “Sumqayıt”la səfər matçında fərqlənmişdi.
Həmin matçın 12-ci dəqiqəsində qol vuran hücumçu dünənki qarşılaşmanın 26-cı dəqiqəsindək meydanda olduğu 257 dəqiqədə rəqib qapılarına yol tapa bilməmişdi. Bir sözlə, Yannik 102 gündən sonra qol sevinci yaşayıb.
