“Çelsi”nin baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yanvar ayında komandaya heç bir futbolçu gətirməyəcəklərini deyib: “Hazırda hər hansı bir oyunçunun transferi üçün danışıqlar aparmırıq. Yanvar ayındaheç birtransfer etməyəcəyik, kimsə də komandadan göndərilməyəcək”.
Qeyd edək ki, London klubunun Fabio Koentrau ilə maraqlandığı iddia edilirdi.
