Məlum olduğu kimi, dünən UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “İnter” Norveçin “Tromse” komandasıyla qarşılaşıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma “İnter”in 1:0 hesablı nəticəylə başa çatıb. “İnter” – “Tromse” oyunundan bəzi statistik göstəriciləri təqdim edirik:
