Avroliqanın cavab oyunları çərçivəsində baş tutacaq “İnter”-“Triaspol” matçı canlı yayımlanacaq.
Bunu Korner.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib.
Onun sözlərinə görə, oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, oyun iyulun 10-u 21:00-da start götürəcək.
