Millinin oyunlarının vaxtı açıqlandı
06.05.2024 , 14:16

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə oyunlarının təqvimi müəyyənləşib.
Korner.az xəbər verir ki, yığmamız Avropa çempionatının 2024/25 mövsümünün seçmə mərhələsində 7-ci qrupda mübarizə aparacaq. U-19 noyabrın 13-də İrlandiya, 16-da İslandiya, 19-da isə Moldova ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrupun matçları Moldovada keçiriləcək.
