İngiltərə millisinin və "Sanderlend"in formasını geyinən Adam Conson yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olduğunu etiraf edib.
Korner.az-ın məlumatına görə, bu gün məhkəmədə ifadə verən 28 yaşlı Conson hadisənin ötən ay Danhem şəhərində baş verdiyini deyib.
Barəsindəki daha iki qızla cinsi əlaqədə olmaq ittihamını rədd edən futbolçu yalnız 15 yaşlı, adı açıqlanmayan bir qızla yatdığını bildirib.
