big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Heç vaxt qisas almaq barədə düşünməmişəm” – Tərlan Əhmədov

28.11.2017 , 15:51

“Nəticə öz yerində, oyundan razı qalmadım. “Zaqatala” ilk hissədə məni çox təəccübləndirdi. Rəqibin oyunu çox xoşuma gəldi. Bu komandanın potensialı var, öz layiqli yerlərini tutacaqlar”.

Bunu “Neftçi”nin baş məşqçi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zaqatala” üzərində 5:0 hesablı qələbəni şərh edərkən deyib.

O, matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– İki gündən sonra Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”la qarşılaşacaqsınız…

– Bəli, bizi ağır oyun gözləyir. Bu səbəbdən bu gün çox dəyişiklik etdim. Bəzi futbolçulara istirahət vermişdim. Oyun praktikası az olanları meydana buraxdım. Lakin çoxunun oyunundan razı qalmadım. Belə matçlarda daha istəkli olmaq lazımdır. Bəzi səhvəri gördüm. Müdafiə xəttindəki problemlər mənim üçün böyük problemə çevrilib. Hücumu düzəltmişik, amma arxa xəttə sıxıntı var. Bu da məni çox qayğılandırır. Dekabrda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Bu oyun mənim üçün bir siqnal idi. Görülək işimiz çoxdur.

– Sensaiya baş verməsə, 1/4 finalda “Neftçi” üçün arzuolunmaz rəqib sayılan “Zirə” ilə qarşılaşacaqsınız. Bu, qisas almaq üçün fürsətdir, yoxsa “Xəzər”lə düşmək istərdiniz?

– Heç vaxt qisas almaq barədə düşünməmişəm. Rəqibin kim olmasının fərqi yoxdur. Kim güclü olsa, onunla üzləşəcəyik. İstət kubokda, istər çempionatda mümkün qədər irəli getməyə çalışacağıq. Üç xallıq sistemdə 9-10 xallıq fərq elə də böyük deyil. Hər iki frontda əlimizdən gələni edəcəyik. Qışa qədər maksimum xal toplamağa çalışacağıq.

– Daniel Seqoviya het-trik etdi. Ondan razı qaldınız?

– Hücumçunun işi qol vurmaqdır. Onu Premyer Liqada da yoxlamaq istərdim. Bu gün ön xəttdən şikayət etmədim. Problem müdafiədədir. Buraxdığımız qollar məni qayğılandırır.

– Nizami Hacıyevlə razılığa gəlmisiniz. Başqa danışıq apardığınız futbolçu var?

– Bu barədə bütün söhbətlər fasilə zamanı olacaq. Nəzərimizdə olanlar var. Əcnəbi futbolçu da axtarırıq.

– “Neftçi”nin əvvəlki legionerlərindən kimisə geri qaytarmağı düşünürsünüz?

– Xeyr. Komandaya yeni nəfəs gətirmək istəyirik. (Futbol11)

Son yazılar

To Top