Ginter üçün mövsüm bitdi
04.04.2024 , 21:57
“Frayburq”un futbolçusu Matias Ginter sıradan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kristian Ştrayx açıqlamasında deyib.
O, 30 yaşlı müdafiəçinin axil vətərində problemlər olduğunu və əməliyyat olunacağını bildirib.
Bununla da Ginter üçün mövsüm erkən başa çatıb.