Madrid klubundan “Arsenal”a keçir
04.04.2024 , 22:49

“Real”ın braziliyalı hücumçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə “Arsenal” yaxından maraqlanır.
Klub yay transfer pəncərəsində forvard üçün hərəkətə keçəcək.
Transferin baş tutması üçün “Arsenal” əlindən gələni edəcək.
