“Beşiktaş”da 3 itki
04.04.2024 , 20:20

“Beşiktaş” Super Liqanın XXXI turunda bu gün “Başakşəhər”lə qarşılaşacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin üç futbolçusu səfər görüşünü buraxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçular – Artur Masuaku, Onur Bulut və Ante Rebiç zədə səbəbindən oyunda iştirak etməyəcək.
