“Frayburq”dan yeni transfer
04.04.2024 , 20:12

“Verder”in vingeri Eren Dinkçi “Frayburq”la müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə imzalanan sözləşmənin şərtləri açıqlanmayıb.
O, Bundesliqa təmsilçisinin heyətində 27 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
