İtaliyanın “Fiorentina” klubu “Qalatasaray”ın forvardı Burak Yılmaz üçün “Cim-Bom”a rəsmən müraciət edib.
Korner.az-ın məlumatına görə, “bənövşəyililər”in Burak üçün “aslan”a 15 milyon avro təklifini “Qalatasaray”ın prezidenti Ünal Aysal “rədd” cavab verib. Belə ki, “Cim-Bom” başqanı qarşı tərəfə 27 milyon avro qiymət oxuyub. Fatih Terimin də, məsələyə qarışmasının ardından bu məbləğ 20 milyon avroya kimi enib. Əgər İtaliya klubu bu məbləği “Qalatasaray”a ödəyə bilsə Burakı heyətinə qata biləcək.