"Çelsi"nin sabiq futbolçusu David Luis PSJ-yə transferi haqda fikirlərini mediya ilə bölüşüb.
Korner.az-ın məlumatına görə, o, “Çelsi”yə çox şey itirdiyini sübut edəcəyini bildirib:
“Mən özündənrazı deyiləm. Sadəcə, öz bacarığıma əminəm. Buna görə də “Çelsi” və ya başqa bir komanda mənimlə vidalaşdığı üçün peşman olacaq. “Çelsi”dən xoş xatirələrlə ayrıldım. Bu komandanın heyətində Çempionlar Liqasını qazanmışam və inanıram ki, həmin uğuru yenidən təkrarlayacağam”.
Qeyd edək ki, David Luis 50 milyon avro qarşılığında PSJ-yə transfer edilib.
