Daha bir klub məşqləri bərpa etdi
14.05.2020 , 21:50
Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub məşqləri bərpa edib.
Korner.az xəbər verir ki, “Qaziantep”in üzvləri ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məşqlər sosial məsafə qaydalarını qorumaqla keçirilib.