Cibril Sisse karyerasını bərpa edir
14.05.2020 , 20:37
Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar karyerasını bərpa etməyə qərar verib.
Korner.az xəbər verir ki, 38 yaşlı keçmiş forvard Fransa çempionatında 100 qol səddini keçmək üçün yaşıl meydanlara qayıtmaq fikrindədi.
Bunun üçün də o, özünə komanda axtarır. Təcrübəli forvard hazırda yetirməsi olduğu “Nim”lə danışıq aparır.
Sisse karyerası ərzində “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaikos” kimi klubların formasını geyinib.