Noyabrın 11-də Mərakeşdə cüdo üzrə açıq dünya çempionatı start götürəcək
2 gün davam edəcək yarışda Azərbaycan da təmsil olunacaq.
Yığmamızın məşqçilər korpusu çempionatda 1 idmançımızın iştirakını məqsədəuyğun hesab edib. Bu səbəbdən də Mərakeşdə ölkəmizin idman şərəfini İrina Kindzerska (+78 kq) qoruyacaq.
Yarış üçün hələlik 27 ölkədən 58 idmançı sifariş edilib.