“Çelsi”nin baş məşqçisi Antonio Konte komandadan ayrıla bilər
48 yaşlı mütəxəssis vətəninə dönməyə hazırlaşır. Mövsümə uğursuz başlayan “Milan” gələn ilin yayından komandanı məhz Konteyə həvalə etmək niyyətindədi. Son nəticələr “rossonyerlər”in baş məşqçisi Vinçentso Montellanın postunu laxladıb. İtaliya klubu tezliklə onu istefaya göndərib, Valter Matzarri və ya Cennaro Qattuzonu mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırır.
“Çelsi”də işləri yolunda getməyən Konte özü də vətəninə dönməyin əleyhinə deyil. “Zadəganlar” bu mövsüm Çempionlar Liqasının və ya Premyer Liqanın qalibi ola bilməsə, çox güman ki, onunla yollar ayrılacaq.
Qeyd edək ki, Antonio Konte ötən ildən “Çelsi”ni çalışdırır.
