Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" artıq Almaniyada təlim-məşq toplantısına start verib.
Komandaya yeni qoşulan braziliyalı qapıçı Duqlas Leyte haqqında isə Toşak qərar verməyə tələsmir.
Bu barədə Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib:
"Düşərgəmizə yalınız braziliyalı qapıçı qoşulub ki, onunla bağlı qərar isə hələ sonda veriləcək. Hələ ki, qapıçıdan başqa düşərgəmizə başqa futbolçular qoşulmayıb. Lakin yaxın günlərdə danışıqlar apardığımız, adları açıqlanmayan futbolçular bizim heyətə qoşulacaq. "Xəzər Lənkəran"da şükür ki, hər şey qaydasındadı və zədəli bir futbolçumuz yoxdu".