Türkiyənin “Beşiktaş” klubu hələ də heyətinə ulduz futbolçu cəlb edə bilməyib.
Korner.az xəbər verir ki, “qara qartallardan” bu mövsüm J. Eskude, Dani, Almeyda, Törə, Fernandes və Cons kimi futbolçular ayrılıb.
Baş məşqçi Slaven Biliç mətbuat konfransında söyləyib ki, bu mövsüm ən azı 3-4 oyunçu transferinə ehtiyac var.
