Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” klubunun heyətinə daha bir futbolçu cəlb olunub.
Korner.az-ın məlumatına görə, söhbət Tovuz futbol məktəbinin yetirməsi olan Vüsal Qarayevdən gedir. “Rəvan”da top qovan hücumçu bu klubdan ayrıldıqdan sonra “işsiz” qalıb.
“Araz”ın baş məşqçisi Əsgər Abdullayev isə Vüsalı uzun müddətdir ki, rənglərinə bağlamaq istəyib. Buna görə də, Abdullayev onu komandaya gətirməyi lazım bilib.
