“Barselona”nın zədəlisi sağaldı
20.04.2020 , 20:16
“Barselona”nın zədəli hücumçusu Luis Suares sağalıb.
Korner.az xəbər verir ki, futbolçunun çempionat bərpa olunduqdan sonra oyunlarda iştirak edəcəyi bildirilir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Luis Suares yanvarda dizindən əməliyyat olunmuşdu.