“Arsenal”da da maaşlar azaldıldı
21.04.2020 , 10:28

İngiltərənin “Arsenal” klubunun rəhbərliyinin futbolçularla və məşqçilərlə onların aylıq məvaciblərinin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi rəsmən açıqlanıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Maaş endirimi bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək.
