big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Bandoviç: “Kim gəlmədisə, problem deyil” (MÜSAHİBƏ)

24.01.2013 , 21:12

“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç bu gün regional liqa təmsilçisi "Berqiş Qladbax" klubuyla keçirilən yoxlama oyunlarından sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

– Əvvəlcə Macarıstan “Uypeşti”inə 0:2 hesabı ilə uduzduğunuz, Almaniya “Berqiş Qladbax”ına 1:0 hesabı ilə qalib gəldiyiniz oyunlar haqda fikirlərinizi bildirərdiz…
– Yaxşı, sürətli oyunlar oldu. Yorğunluğun olması normaldı. Ağır məşqlər gedir. Yoxlama oyunlarında seçimə fikir verdiyimizdən, nəticə bizi maraqlandırmırdı. Bir sıra kombinasiyalar yaratdıq və qol vurmaq şanlarımız oldu. Ümumilikdə, razı qaldım. Mən komandadan istədiyimi alıram. Çox sevinirəm ki, futbolçularım meydanda nə etmək lazım olduğunu bilirlər. Onlar əllərindən gələni edirlər. Üçüncü həftədi hazırlıq keçirik və çox əzmkar məşq edirik. Güclü rəqiblərlə oyunlar bizim üçün yaxşı sınaqdı. Bazar günü daha bir oyunumuz var.

– Komanda Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesablı bərabərliyə qaldığı oyunla müqayisədə necə təsir bağışladı?
– Bu dəfə daha yaxşı oynadıq. İlk oyunda birinci hissədə daha yaxşı təsir bağışlamışdıq. İndi bütün 90 dəqiqəni yaxşı ritmdə keçirdik. Macarlar bizə qol vurmamışdan öncə 2-ci hissədə çoxlu top saxladıq, qol imkanlarımız oldu. Mənə elə gəlir ki, hər hissələrdə yaxşı balans yaratdıq və bu, məni razı salır.

– Baxışa gələn 5 futbolçuların çıxışını necə qiymətləndirərdiniz? Onlar haqda qərar verdiniz?
– Baxışa gələnləri ikinci oyuna saxladıq. Onlar cəmi 2-3 gündür bizimlədirlər. Mənə gəlir ki, bu müddət bir futbolçuya qiymət vermək üçün yetərli deyil. Hətta 10 gün də azdır. Gələnlər üçün yeni atmosferdir və buna uyğunlaşmaları üçün vaxt lazımdır. Özlərini yaxşı tərəfdən göstərmələri üçün əllərindən gələni etməlidirlər. Mən köməkçilərimlə danışıb, nə qərar verəcəyimizə baxacağam. Hələ burda 3 gün də vaxtımız var və düşünəcəyəm. Əlbəttə, toplanışın sonuna kimi qərar verəcəyik.

– Rauf Əliyev ilk dəfə “Bakı”nın heyətində meydana çıxdı. Onun oyununa necə qiymət verərdiniz?
– Bu gün 60 dəqiqə oynadı və çıxışından razı qaldım. Ona bir az vaxt lazımdır. İndi biz Raufu mühakimə edə bilmərik. Çünki o, komandaya gec qoşulduğundan, bizimlə çox qısa müddətdir. Əliyev çox əzmkardır, işinə peşəkarcasına yanaşır. Bizim üçün vacib hücumçunun fiziki hazırlığının artımıdır. Yəni biz indi hazırlaşmırıq ki, Rauf bu dəqiqə hazır olacaq. Bunu bacarmarıq. Əlbəttə, biz onu qorumalıyıq.

– Bəs yenə oynamayan Kamran Ağayev nə vaxt hazır olacaq?
– O, hələ bugünkü oyunlara hazır olmadığından, meydana buraxmamağı qərara gəldik. Kamran son günlərdə öz üərində, toplarla çox yaxşı işləyir. O, fiziki planda bir az geriləyib. İndi yavaş-yavaş formasını yığır. Özünüz bilirsiniz ki, uzun müddət oynamayıb. Növbəti oyunda Ağayevə bir müddət qapıda olmaq şansı verməyə çalışacam.

– Konkret hansı mövqelərə futbolçu axtarırsız?
– Bizə mərkəz müdafiəçisi, hücumçu və hücumameylli yarımmüdafiəçi lazımdır. Demişəm ki, mənə xarakterli futbolçular lazımdır.

– Kamran Ağayev, Rauf Əliyev və Branimir Subaşiçi istədiyiniz deyilirdi. Ancaq sonuncu gəlmədi, əvəzində rumıniyalı hücumçu Marius Penanın transferi gündəmdədi…
– Kimsə gəlmədisə, problem deyil. Nə futbolçular var, onlarla çalışacağam. Əlbəttə, hər dəfə istədiyini götürmək olmur. Penaya baxacağıq. Mən onun oyununu görmüşəm.

– Penaya baxacağıq dediz, məgər onunla müqavilə imzalanmasından xəbəriniz yox idi?
– Onun haqqında lazım olan informasiyam var. 

Saleh Arslan
Antalya

Son yazılar

To Top