“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Slavço Georgievski ilə bağlı qərar verib.
Korner.az-ın məlumatına görə, makedoniyalı futbolçu Bakı klubunda saxlanılıb. Georgievski daha bir il ölkəmizdə oynayacaq.
Qeyd edək ki, Slavço ötən mövsümdən “İnter”də çıxış edir. O, bu mövsüm Premyer Liqanın 21 oyununda 1401 dəqiqə oynayıb və 1 qol vurub.