Mirhüseyn Seyidov “Neftçi”ni tərk edə bilər.
Korner.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi daha çox oynamaq şansı olacaq kluba keçəcək. Hələlik Seyidovun transfer olunacağı klub məlum deyil.
Qeyd edək ki, Mirhüseyn “Neftçi”nin yetirməsidi. O, bu mövsüm Premyer Liqanın 25 oyununda meydana çıxıb və 1252 dəqiqə oynayaraq 1 qol vurub.