AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq Türkiyə millisində əhvali-ruhiyyə yüksəkdi.
Korner.az-ın məlumatına görə, 27 yaşlı futbolçu yenidən ümumi məşqlərə qatılıb.
Dünən sağ budundakı əzələ dartılması səbəbindən fərdi qaydada məşq edən Madrid “Atletiko”sunun üzvü artıq özünü yaxşı hiss edir. Türkiyə mətbuatının yazdığına görə yarımmüdafiəçinin oktyabrın 10-da çexiyalılarla qarşı matçda iştirak etməsi gözlənilir.
