İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri gənc futbolçu Paulo Dibala haqqında maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis argentinalı futbolçu haqda bunları deyib:
“Dibala “Qızıl topu”u qazana biləcək keyfiyyətə sahibdi. Zədəsini sağaldıb və hal-hazırda çox yaxşı oynayır. Bu il ona çox təklif gəldi, lakin o bütün diqqətini oyununa yönəltdi”.
İtalyan məşqçi A Seriada “İnter”ə qarşı oynayacaqları matç haqda: “ Bu qarşılaşmada hər iki komanda bütün potensialını ortaya qoyacaq. Komanda olaraq hərəkət etməliyik. Hücumda və müdafiədə birlikdə oynamaq lazımdı. Belə oynasaq, A Seriada və Çempionlar Liqasında hədəflərimizə çata bilərik”.