Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnərək meydanı tərk edən “Qarabağ”ın futbolçusu Dani Kintananın son durumu məlum olub.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı (qarabagh.com) xəbər yayıb.
Futbolçunun xaçvarı (çarpaz) bağları qırlılıb. Dani Kintananın ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.