UEFA-nın dəvəti ilə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 5-də "Şaxtyor" (Ukrayna) – "Yuventus" (İtaliya) oyununun təşkilat komitəsinin tərkibində çalışacaq.
Korner.az-ın məlumatına görə, Ukraynaya səfərə gedən UEFA-nın media nümayəndəsinin assistenti Nərimanoğlu media işləri ilə bağlı təşkilati məsələləri izləyəcək və bununla əlaqədar münasibətini bildirəcək. Donetsk şəhərində “Donbass Arena”da matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, bu təyinat ölkəmizin idman mediasi tarixində ilk hadisədir.
