İstanbul klubu “Liverpul”un oyunçusuna “elçi” düşdü
31.05.2024 , 11:57

“Fənərbağça” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub Çağlar Söyüncünün “Atletiko Madrid”ə qayıtdıqdan sonra mərkəz müdafiə sahəsində problem yaşamaq istəmir.
Bu səbəbdən İstanbul təmsilçisi “Liverpul”la müqaviləsi başa çatan alman əsilli Joel Matipin meneceri ilə əlaqə saxlayıb.
İngiltərə mətbuatına əks olunan xəbərə görə, “Fənərbağça” 32 yaşlı müdafiəçini heyətinə qatmaqda israrlı olduğu bildirilib.
Joel Matip ötən mövsüm “Liverpul”un heyətində 14 rəsmi oyunda iştirak edib.
