Kontenin yeni iş yeri
31.05.2024 , 22:52

Antoni Kontenin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, mütəxəssis karyerasını “Napoli”də davam etdirəcək.
Konte A Seriyası klubu ilə razılığa gəlib. Onunla müqavilənin müddəti 2027-ci ilədək nəzərdə tutulacaq.
Mütəxəssisin son klubu İngiltərənin “Tottenhem” klubu olub.
