“Beşiktaş”ın Marsial planı
31.05.2024 , 13:48

“Beşiktaş” yeni mövsüm üçün işlərini sürətləndirib.
Korner.az xəbər verir ki, klub “Mançester Yunayted”lə müqaviləsi başa çatan və komandadan ayrılacağını açıqlayan Antoni Marsial üçün hərəkətə keçib.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Xəbərdə, 28 yaşlı fransız mərkəz hücumçusu ilə “Beşiktaş”dan başqa “Lion” və “Marsel”in də maraqlandığı bildirilib.
Antoni Marsialın hələ qərar vermədiyi qeyd olunub.
2015-ci ildə transfer olunduğu “Mançester Yunayted”lə 371 rəsmi oyun keçirən Antoni Marsial bu matçlarda 90 qol vurub, 47 məhsuldar ötürmə edib.
Mina Musayeva
